29 yanvar 2012 01:14
XL Atırau ilə oyuna hazırdı (FOTOLAR)
Antalyanın Belek bölgəsində qış təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” iki günlük istirahətdən sonra ötən gün yaşıl meydana çıxaraq hazırlıq prosesini bərpa edib. Azerisport.az xəbər verir ki, səhər məşqində 1 saatlıq fiziki hazırlıqdan sonra futbolçular toplu çalışmaları yerinə yetiriblər. Axşam günün ikinci məşqinə çıxan “Xəzər Lənkəran” bu gün Qazaxıstanın “Atırau” klubu ilə üçuncü yoxlama oyununda qüvvəsini sınaycaq.
