29 yanvar 2012 01:27
“Bu, Premyer Liqa oyunlarına hazırlıq baxımından əhəmiyyətlidi”
"Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək Premyer Liqa oyunlarına hazırlıq baxımından əhəmiyyətlidi. Yarışdakı güclü komandalarla oyunlarda gənc futbolçularımız da hədsiz dərəcədə təcrübə qazanacaqlar".
Azerisport.az xəbər verir ki, bunu "Neftçi"nin müdafiəçisi Denis Silva deyib. Braziliyalı futbolçu təlim-məşq toplanışı ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib:
"Məşqlərimiz olduqca maraqlı keçir. Çempionat oyunlarına səylə hazırlaşırıq. Çalışacağıq ki, qarşıdakı turnirdə də özümüzü yalnız yaxşı tərəfdən göstərək".
