29 yanvar 2012 01:44
3 futbolçusu Qəbələdən ayrı düşüb
Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” ötən gün iki məşqlə təlim-məşq toplanışının 9-cu gününü yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, komanda günün ilk yarısında əsasən uzaqdan qapıya zərbələr üzərində çalışıb.
Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə zədəli olan Vurğun Hüseynov, ayağında ağrılar hiss edən Pavel Doreşev və icazəli Deon Barton iştirak etməyib.
Bu gün isə “Qəbələ” Antalyada üçüncü yoxlama oyununda gücünü sınayacaq. Komanda Rumıniyanın “Vitorul Konstanta” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 17:00-da başlayacaq.
