29 yanvar 2012 20:54
XL Qazaxıstan klubu üzərində qələbə qazandı (YENİLƏNİB)
Türkiyədəki təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün qardaş ölkədə üçüncü sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Cüneyt Biçər yetirmələrini Qazaxıstanın “Atırau” komandası ilə görüşdə sınayıb.
Maraq üçün bildirək ki, bu, “Atırau”nun Türkiyə toplanışında qarşılaşdığı üçüncü Azərbaycan klubudu. Bir neçə gün öncə “Qəbələ”ni 2:1 məğlub edən Ramiz Məmmədovun keçmiş komandası ardından “Kəpəz”ə böyük hesabla uduzmuşdu – 1:4.
“Xəzər Lənkəran”ın Antalyadakı ilk rəqibi Türkmənistan yığması olmuşdu. "Ağ-yaşıllar" həmin oyunda qeyri-adi rəqib üzərində 3:1 hesabıyla qələbə qazanmışdılar. Almaniyanın “Wolfsburg II” komandası ilə görüşdə də sevinən tərəf cənublular olmuşdular - 2:1.
Yoxlama oyunu
29 yanvar
Xəzər Lənkəran - Atırau - 2:1 (2:0)
"Xəzər Lənkəran"ın start heyəti: Kamran Ağayev, Adrian Pit, Elvin Beqiri, Andrey Mureşan, Eder Bonfim, Elnur Allahverdiyev, Elnur Abdullayev, Saidu, Rahid Əmirquliyev, Alim Qurbanov, Branimir Subaşiç.
Oyun başladı
41. Subaşiç ilk yarının sonlarında komandasını hesabda önə keçirir - 1:0
45. Eder Bonfim qazaxların qapısına daha bir qol vurur - 2:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
70-ci dəqiqədə qazaxlar hesab arasındakı fərqi azaldırlar - 2:1
Matç başa çatdı
