29 yanvar 2012 02:05
Afrika Millətlər Kuboku: Qvineyadan 6 qolluq qələbə
Afrika Millətlər Kubokunda qrup mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin səkkizinci oyun günündə daha iki görüş baş tutub.
D qrupunda ikinci turun oyunları çərçivəsində Botsvana Qvineya ilə üz-üzə gəlib. İlk oyununda məğlub olmuş komandaların duelində gülən tərəf Qvineya olub. Özü də bu komanda rəqib qapısından düz altı top keçiriblər ki, bu da sözügedən turnirin cari mövsümündə ən böyük hesablı qələbədi – 6:1.
Qrupun digər oyununda isə turnirə qələbə ilə başlayan Qana Maliylə görüşüb. Qaliblərin duelində gülən tərəf Qana olub. Nəticədə, bu komanda da pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, bu dəfəki Afrika Millətlər Kubokunda 16 komanda 4 qrupda mübarizə aparır. Turnirin finalı fevralın 12-də baş tutacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
D qrupu
28 yanvar
Botsvana – Qvineya – 1:6
Qollar: Selolvane, 23-pen – Diallo, 15; 27, Kamara, 41, Traore, 45, Bah, 84, Souma, 86.
Qana – Mali – 2:0
Qollar: Qyan, 63, Ayeu, 76.
|
1
|
Qana
|
2
|
2
|
0
|
0
|
3 - 0
|
3
|
6
|
|
2
|
Mali
|
2
|
1
|
0
|
1
|
1 - 2
|
-1
|
3
|
|
3
|
Qvineya
|
2
|
1
|
0
|
1
|
6 - 2
|
4
|
3
|
|
4
|
Botsvana
|
2
|
0
|
0
|
2
|
1 - 7
|
-6
|
0
|
Bu gecə A qrupu çərçivəsində Ekvatorial Qvineya Zambiya, Liviya isə Seneqalla münasibətlərinə aydınlıq gətirəcək.
