29 yanvar 2012 19:15
Qəbələ rumınlara qalib gəldi (YENİLƏNİB)
Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün Türkiyədə üçüncü sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Fatih Kavlak yetirmələrini Ruminiyanın “Vitorul Konstanta” klubu ilə oyunda sınayıb.
Görüşün taleyini bircə qol həll edib. Həmin yeganə qolu da məhz "Qəbələ" vurub. Nəticədə, bu komanda ilk qələbəsinə sevinib.
Xatırladaq ki, "Qəbələ" Türkiyədəki ilk sınaq matçını Qazaxıstanın “Atırau” klubuna qarşı keçirmişdi – 1:2. Fatih Kavlakın komandası növbəti matçında Ukraynanın “Krivbass” klubuna da eyni hesabla (1:2) məğlub olmuşdu.
Yoxlama oyunu
29 yanvar
Qəbələ - Vitorul Konstanta - 1:0 (1:0)
"Qəbələ"nin start heyəti: Qrem Smit, Daniel Lopes Kruz, Lyubo Baranin, Saşa Yunisoğlu, Mahir Şükürov, Aleksandr Çertoqanov, Bruno da Silva, Veselko Trivunoviç, Viktor Mendi, Yannik Kamanan, Dodo.
Matç başladı
41-ci dəqiqədə "Qəbələ" hesabı açır - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra oyunda başqa dəyişiklik olmur
Matç başa çatdı
