29 yanvar 2012 20:49
Bakı Arsenalla oyunda qələbəni əldən verdi (YENİLƏNİB)
Türkiyədəki təlim-məşq toplanışını davam etdirən “Bakı” bu gün qardaş ölkədə növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Aleksandr Starkovun yetirmələri bu dəfə Ukraynanın "Arsenal" (Kiyev) klubu ilə üz-üzə gəliblər.
Qarşılaşmada hesabı "zolaqlılar" açıblar. Amma fasilədən sonra komandamız qələbəni əldən verməsi azmış kimi, növbəti məğlubiyyətinə də üzülüb.
Qeyd edək ki, “zolaqlılar” Antalyadakı ilk sınaq matçında Hollandiya çempionatının lideri “AZ Alkmaar”la üz-üzə gəlmişdilər - 1:5. Elə Almaniyanın birinci liqa təmsilçisi “İngolstadt 04” klubu ilə qarşılaşmada da “Bakı” 4 cavabsız qolla yenilmişdi. Rumıniyanın "Panduri" klubu ilə duel isə 0:1 hesablı yenilgi ilə yekunlaşmışdı.
Yoxlama oyunu
29 yanvar
Bakı – Arsenal (Kiyev) - 1:2 (1:0)
Matç başladı
"Bakı" 32-ci dəqiqədə hesabı açır. Qolun müəllifi Xavyer Junior - 1:0
Oyun daha çox meydanın mərkəzində keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Bakı" ikinci hissəyə çox təhlükəli hücumla başlasa da, "Arsenal"ın qapıçısı sayıq oynayır
Kiyevlilərin azacıq üstünlüyü hiss olunur
65-ci dəqiqəə "Arsenal" hesabı bərabərləşdirir - 1:1
"Bakı" oyunda dönüş yaratmağ çalışır
Meydanda maraqlı mübarizə gedir
"Arsenal" son dəqiqələrdə "Bakı"dan daha yaxşı təsir bağışlayır
79-cu dəqiqədə "Bakı"nın müdafiəsindəki səhv nəticəsində Ukrayna klubu daha bir qol vurur - 1:2
Matç başa çatdı
