29 yanvar 2012 19:34
Qarabağ üçün daha bir rəqib
Məlum olduğu kimi, “Qarabağ” Antalyada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırırdı. Azerisport.az xəbər verir ki, atrıq “Taras”, “Rid” və “Vaslui” ilə qarşılaşan komandanın oyun siyahısına daha bir rəqib əlavə olunub.
Belə ki, ağdamlılar sabah Ukraynanın “Obolon” klubu ilə qarşılaşacaqlar. Eyni zamanda 31-də “Petrolul Ploiesti”lə oyun da qüvvədədi. Sadəcə komandanın baş məşqçisi Qurban Qurbanov 2 oyuna fərqli heyəti meydana buraxacaq.
Qeyd edək ki, “Obolon”la oyun Bakı vaxtıyla 17:00-da, “Petrolul Ploiesti” ilə oyun 17:15-də başlayacaq.
