29 yanvar 2012 21:28
Markeviç: Neftçidən belə oyun gözləmirdim
Ukraynanın “Metallist” (Xarkov) klubunun baş məşqçisi Miron Markeviç Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turniri çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerusoirt.az xəbər verir ki, o, komandasının 3:1 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Mən “Neftçi”dən belə oyun gözləmirdim. Bu klub sakitcə Ukrayna çempionatında çıxış edə bilər. Oyunun özü maraqlı alındı. Amma bizim üçün əsas olan qarşıdakı Avroliqa oyunlarına yaxşı hazırlıqdı”.
“Mən “Neftçi”dən belə oyun gözləmirdim. Bu klub sakitcə Ukrayna çempionatında çıxış edə bilər. Oyunun özü maraqlı alındı. Amma bizim üçün əsas olan qarşıdakı Avroliqa oyunlarına yaxşı hazırlıqdı”.
