29 yanvar 2012 21:00
Neftçi məğlubiyyətlə başladı (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, hazırda Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turniri keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı sözügedən turnirdə son ölkə çempionu “Neftçi” təmsil edir.
“Ağ-qaralar” Ukraynanın "Metallist" (Xarkov), Polşanın "Poloniya" və Özbəkistanın "Paxtakor" klubları ilə birgə B qrupunda yer alıb. "Neftçi" ilk oyununa məhz bu gün - yanvarın 29-da çıxacaq. Komandamızın ilk rəqibi isə “Metallist” olub. Lakin təəssüf ki, təmsilçimiz bu rəqibi ilə dueldən məğlub ayrılıb.
Qeyd edək ki, A qrupunda Rusiyanın "Terek", Rumıniyanın "Rapid", Qazaxıstanın "Ordabası" və Latviyanın "Dauqava" klubları mübarizə aparacaq. Hər qrupda 1-ci yeri tutan komanda finala vəsiqə qazanacaq. Turnirə fevralın 3-də yekun vurulacaq. “Neftçi” qrupdakı ikinci matçnı yanvarın 30-da (saat 13:00) "Poloniya", fevralın 1-də isə "Paxtakor"a qarşı keçirəcək.
Beynəlxalq turnir
Qrup mərhələsi
B qrupu
29 yanvar
Neftçi – Metallist - 1:3 (1:2)
"Neftçi"nin start heyəti: Saşa Stamenkoviç, Rail Məlikov, Slavço Georgiyevski, İqor Mitreski, Rəşad Abdullayev, Denis Silva, Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Ruslan Əmircanov, Emin Mehtiyev, Bahodir Nasimov.
"Metallist": A.Qoriyanov, M.Torsiglieri, Edmar, Taison, A.Perieira, Kleyton, K.Karlos, E.Sosa, S.Blanko, G.Papa, M.Bonfim.
Hakimlər briqadası Rusiyadandır. Matçı Aleksey İvanov idarə edir
Oyun "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun anasının vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükutla başladı. "Neftçi"nin futbolçuları meydana qara sarğıda çıxıblar
İlk dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində gedir
11. Taisonun zərbəsi təhlükəli alındı, top qapının üstündən keçir
15. "Metallist" hesabı açır... Kleyton cərimə zərbəsini dəqiq yerinə yetirdi - 0:1
23. Cərimə zərbəsindən sonra Slavço Georgievski Mirhüseyn Seyidovun ötürməsini qola çevirdi - 1:1
27. Hakim mübahisə etdiklərinə görə Denis Silva və Blankonu sarı vərəqə ilə cəzalandırır
30. "Neftçi"nin hücumu təhlükəli alındı, amma Rail Məlikovun ötürməsindən sonra gənc futbolçumuz Emin Mehtiyev topu qapıya göndərə bilmir
37. Blankonun uzaq məsafədən zərbəsi dəqiq oldu. "Metallist" hesabda önə çıxır - 1:2
İlk hissə başa çatdı
İkinci hissə başladı
Emin Mehtiyev və Slavço Georgievskinin əvəzinə meydana Cavid Hüseynovla Cavid İmamverdiyev çıxıb
"Metallist"in heyətində Manuel Torres Edmarı əvəzləyib
48. Rəşad Abdullayev qapıçı ilə təkbətək qalsa da, hakim yalnış qərar qəbul edərək, ofsayd olduğunu göstərdi. Belə ki, top Rəşada rəqib futbolçudan gəlmişdi
61. Rəşad Abdullayevin cərimə zərbəsindən sonra rəqib qapıçı topu tutur
"Metallist"in heyətində daha iki əvəzləmə oldu: Marko Deviç və Ezetel Conatan meydana çıxır
65. Bahodir Nasimovun zərbəsinin qarşısını qapıçı alır
66. Nasimovu Fərid Quliyev əvəzləyir
72. Elvin Yunuszadəni Ruslan Abışov əvəzləyir
78. Rəşad Abdullayevin əvəzinə meydana 17 yaşlı Elşən Abdullayev çıxır
79. "Metallist" əks-hücumda fərqi artırdı. Qolun müəllifi Ezekel Conatandı - 1:3
81. "Metallist"in heyətində Sergey Valyayev meydana daxil olur
82. "Neftçi"nin daha bir gənc futbolçusu Kənan Manafov meydana daxil oldu. O, Denis Silvanı əvəzləyir
Matç başa çatdı
