29 yanvar 2012 12:27
Temuri Ketsbaya: Foqsla belə bir razılığa da gəlmişdik
Futbol üzrə Gürcüstan yığmasının baş məşqçisi Temuri Ketsbaya ötən gün keçirilən “İnter”lə Ukraynanın “Volın” klublarının Türkiyənin Antalya şəhərindəki yoxlama matçını (0:0) izlədikdən sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Siz “İnter”in oyununu ilk dəfə deyil izləyirsiz. Əgər sirr deyilsə, səbəb nədi?
- Birincisi mən Kaxaber Tsxadadzeni çox yaxşı tanıyıram. Biz uzun illər birgə çıxış etmişik. İkincisi, “İnter”də xeyli gürcü futbolçu var. Onlara baxmaq üçün bura gəlmişəm. Həmin futbolçularla maraqlanıram. “İnter”dən başqa burda gürcü futbolçuların çıxış etdiyi digər klublar da var. Fevralın 24-də Gürcüstan millisinin yoldaşlıq oyunu var. Həmin oyun üçün mənə yaxşı futbolçuları bir yerə yığmaq lazımdı. Hansı ki, milli formanı geyməyə layiqdirlər.

- “İnter”in hansı futbolçusu yığmaya çağırıla bilər?
- Hamısının şansı var. Bilirsiz, bu iş çox çətindi. Çünki ölkənin əsas yığmasında oynamağı arzulayan, buna iddia edən çoxlu futbolçu olur. Hər biri buna layiqdilər. Lakin biz hazırda milliyə daha çox kömək edə biləcək, hazır futbolçuları seçirik. Amma məşqçilər də səhv edə bilərlər. Hamıya şans verməyə çalışırıq.

- Azərbaycan çempionatında çoxlu gürcü futbolçu çıxış edir. Gürcüstan çempionatını qonşu ölkə birinciliyinə dəyişənlərin səviyyəsi necədi?
- Onlar yaxşı səviyyədədirlər. Məsələn, Adamiya “Qarabağ”ın aparıcı oyunçusudu. İstənilən halda bizə çətindi. Çünki bir mövqeyə 3-4 oyunçu iddia edir. Bizim komandada sevimli oyunçu yoxdu. Kim layiqdirsə, o da yığmaya çağırılır.

- Sizin gəlişinizdən sonra Gürcüstan yığması əcnəbi baş məşqçilərin dövrüylə müqayisədə daha yaxşı oyun sərgiləməyə başlayıb. Yerli məşqçi amili sözünü deyir?
- Mən də bütün futbolçular kimi gürcüyəm. Mənə onlarla ünsiyyətdə olmaq daha asandı. Hansı ki, bu, çox ciddi və vacib amildiu. Oyunçu ilə özünün danışıb, onu başa salmağın başqa, bunu tərcüməçi vasitəsilə etməyin tam başqa şeydi. Bunlar arasında çox böyük fərqlər var. Bizdə xarici məşqçi metodu sadəcə alınmadı. Mən deyərdim ki, legioner-məşqçilərin 4 il çalışdğı dönəmdə yığmamız çox şey itirdi. Həqiqətən çox pis günlər idi. İndi nəticələrimizi yaxşılaşdırmağa çalışırıq. Böyük uğurlar qazanmasaq da, hər halda yaxşılığa doğru dəyişiklik var.

- Bəs Azərbaycan futbolu haqda nə deyərdiz?
- Sizdə futbola maraq göstərilməsi yaxşıdı. Stadionlar tikilir, klublar daha da müasirləşirlər, yaxşı futbolçular, məşqçilər gətirirlər. Yığmada isə hər şey o qədər də sadə deyil. Burda vaxt tələb olunur. Legionerlərə limiti qoyulması xoşuma gəldi. Meydana ən azı 4 azərbaycanlı futbolçu çıxmalıdı. Bu, çox yaxşıdı və yerli futbolçulara özlərini göstərməyə imkan verəcək. Ona görə də düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan futbolu da dirçələcək.

- Siz yığmada birbaşa ünsiyyətin vacibliyini qeyd etdiniz. Amma bizdə Berti Foqtsun futbolçularla bu baxımdan məlum problemləri var...
- Xarici məşqçi təkcə Azərbaycanda deyil. İngiltərə kimi futboluna milyardlar yatırılan ölkədə də millini əcnəbi çalışdırır. Amma Kapello heç onlara yaxşı nəticələr də qazandıra bilmir. Foqtsa gəlincə, o, yaxşı məşqçidi. Ümid edirəm ki, yığmanız azərbaycanlı azarkeşlərin görmək istədiyi kimi çıxış edə biləcək.
- Gürcüstanlı futbolçular ölkə xaricinə asanlıqla gedə, orda uğur qazana bilirlər. Amma azərbaycanlı futbolçulara bu, alınmır. Sizcə, fərq nədədi?
- Bizdə də oxşar problemlər var. Bizim yəqin onda bəxtimiz gətirib ki, vaxtilə Tiflis “Dinamo”su Kuboklar Kubokunu qazanmışdı. Mən futbolçuların ölkə xaricinə axınının tərəfdarıyam. Gürcüstanda futbol şəraiti o qədər də yaxşı deyildi. Amma indi hər şey yaxşıya doğru dəyişir. Artıq 6-7 komanda oyunçuları üçün yaxşı şərait yaradır. Əvvəllər hətta ən gənc futbolçular da xaricə gedirdilər.

- Azərbaycan yığması ilə yoxlama matçı keçirmək planlarınız var?
- 2010-cu ilin yanvarında Berti Foqtsla danışmışdım, ona belə bir matç keçirməyi təklif etdim. Hətta bununla bağlı razılığa da gəlmişdik. Sadəcə, bizim səhvimiz ucbatından həmin oyun baş tutmadı. Bizə Braziliyaya getmək və orda bir oyun keçirmək sözü verilmişdi. Lakin nə o alındı, nə də Azərbaycanla qarşılaşa bildik. Amma biz yenə ilk fürsətdəcə belə bir oyunun keçirilməsinə hazırıq.