29 yanvar 2012 12:46
Kaxaber Tsxadadze: Hücumçularda cəsarət çatışmır
Ukraynanın “Volın” klubu ilə dünənki yoxlama matçından sonra (0:0) “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze oyun barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının oyununu belə dəyərləndirib:
“Volın” kifayət qədər yaxşı komandadı. Bununla belə yaxşı qol vəziyyətləri yaratmağı bacardıq. Son yoxlama görüşlərindən sonra görünür ki, komandada oyunun təşkilində, fiziki hazırlıqda, yenidən düzülmədə və xəttlərarası əlaqələrdə irəliləyiş var. Amma hücum planında oynayan futbolçularda hücumu uğurla başa vurmaq üçün bir qədər cəsarət çatışmır. Bu istiqamətdə çalışmalıyıq”. (klub saytı)