29 yanvar 2012 00:47
Aleksandr Şoliç: Mənə belə şeylər maraqlı deyil
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışından danışıb, çempionatdakı şanslarını dəyərləndirib.
- Öncə təlim-məşq toplanışınızdan danışaq. Hazırlıqlarınız necə gedir?
- İlk hazırlıq mərhələsində üç müxtəlif məşq keçirdik. Amma indiki təlim-məşq toplanışında yüklənmə o qədər də çox olmur. İndi daha çox yoxlama oyunları keçirməyə üstünlük veririk.
- İlk hazırlıq mərhələsində üç müxtəlif məşq keçirdik. Amma indiki təlim-məşq toplanışında yüklənmə o qədər də çox olmur. İndi daha çox yoxlama oyunları keçirməyə üstünlük veririk.
- Bu oyunlarda bir qayda olaraq uduzmaqla məşğulsuz. Nəticə sizin üçün bu qədərmi önəmsizdi?
- Xeyr, qələbə həmişə önəmli rol oynayır. Təbii ki, məğlubiyyətlərə biz də sevinmirik. Narazıyıq. Bizdə çoxlu yeni oyunçu var. Baş məşqçi hər dəfə 4-5 futbolçunu sınayır. Tam komplektləşməyimiz üçün zamana ehtiyacımız var. Sonuncu matçımızda xeyli yaxşı oyun sərgilədik. Qələbə qazanmalıydıq. Əgər ələ düşən qol vəziyyətlərindən yararlana bilsəydik, buna nail olardıq.
- “Bakı”nın məğlubiyyətləri sıralaması çempionat oyunlarında da davam etməyəcək ki?
- Yoxlama matçları ilə çempionat oyunları tamamilə fərqlənirlər. Mən əminəm ki, növbəti oyunda qələbə qazanacağıq. “Neftçi” ilə oyuna isə tam hazır olacağıq. Həmin oyunda 3 xal qazanmalıyıq.
- Yoxlama matçları ilə çempionat oyunları tamamilə fərqlənirlər. Mən əminəm ki, növbəti oyunda qələbə qazanacağıq. “Neftçi” ilə oyuna isə tam hazır olacağıq. Həmin oyunda 3 xal qazanmalıyıq.
- Artıq sıralarınıza üç futbolçu da qatılıb...
- Onlar mənim xoşuma gəldilər. Hamısıyla oynamaq şansı qazandım. Lukaş pasla oynamağı sevir. Onunla oynamaq çox rahat idi. Bakoviç isə möhkəm müdafiəçidi. Fikrimcə, onların hər ikisi komandamız üçün faydalı olacaqlar. Kovaçeviçə gəlincə, o, “Lans”da 133 oyun keçirib. Deməli, adi futbolçu deyil.
- Mövsümün gedişində siz bir müddət zədəli oldunuz. Həmin dövrdə komanda mərkəzdə öz oyununu itirmişdi. Bunu hiss edirdiz?
- Mən belə deməzdim. Sadəcə, bizdə çoxlu zədəli vardı. Yəni tək mən deyildim. Əlbəttə, optimal heyətlə oynamaq daha yaxşı olur. Təbii ki, zədələr olmasaydı, o xal itkiləri də olmaya bilərdi.
- Mən belə deməzdim. Sadəcə, bizdə çoxlu zədəli vardı. Yəni tək mən deyildim. Əlbəttə, optimal heyətlə oynamaq daha yaxşı olur. Təbii ki, zədələr olmasaydı, o xal itkiləri də olmaya bilərdi.
- “Bakı”nın çempionluq şanslarını necə dəyərləndirərdiz?
- Bizim əsas hədəfimiz Avropaya getməkdi. Amma birinci yer də bizdən uzaqda deyil. Fasilədən sonrakı iki oyundan 4 xal toplamalıyıq. “Neftçi”ni yenmək istəyirik. Lakin hətta uduzsaq belə, yenə heç nə itirilməyəcək. İki mövsüm öncə biz liderdən 12 xal geri qaldığımız halda, onu minimuma endirməyi bacarmışdıq. Deməli, futbolda hər şey mümkündü. Yaşayırıq.

- Rəqiblərinizin düşərgəsində mətbuata deyilənləri oxuyursuz?
- Kimin nə dediyini heç vaxt eşitməmişəm. Mənə belə şeylər maraqlı deyil. Komandamızın böyük potensialı var. Sadəcə, bir az toparlanmaq lazımdı.
- Kimin nə dediyini heç vaxt eşitməmişəm. Mənə belə şeylər maraqlı deyil. Komandamızın böyük potensialı var. Sadəcə, bir az toparlanmaq lazımdı.