30 yanvar 2012 01:46
Cihan Özkara yenə “fərqləndi”
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” Türkiyə Superliqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Sivas təmsilçisi səfərdə “Gaziantepspor”un qonağı olub.
Cihanın komandası 30-cu dəqiqədə hesabı açıb. 52-ci dəqiqədə anteplilər tarazlığı bərpa edib. Az sonra “Sivasspor” azlıqda qalıb. 74-cü dəqiqədə isə “Gaziantepspor” qələbə qolunu vurub – 2:1.
Cihan 77-ci dəqiqədə Kamil Qrosiçkini əvəzləyib. 13 dəqiqə oynayan futbolçumuz matçın son dəqiqəsində sarı vərəqə alıb.
