30 yanvar 2012 02:07
Rail Məlikov: Metallistə məğlubiyyəti unutmaq lazımdı
"Neftçi"nin müdafiəçisi Rail Məlikov Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsi çərçivəsində Ukraynanın “Metallurg” (Xarkov) klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində təcrübəli futbolçu 1:3 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Artıq “Metallist”ə məğlubiyyəti unutmaq lazımdı. Çünki qarşıda bizi “Poloniya” ilə oyun gözləyir və ona köklənmək gərəkdi. Qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Uşaqların gözləri qələbə istəyilə alışıb-yansa, o zaman hər şey bizim xeyrimizə olacaq”.
