30 yanvar 2012 14:25
Haci: Azərbaycanda futbolun inkişafına önəm verən 1 nömrəli komanda Bakıdı
Rumıniya futbolunun canlı əfsanəsi, “Galatasaray” və “Steaua”nın sabiq baş məşqçisi George Haci “Bakı”nın “Panduriy”ə qarşı oyunu barəsində və Azərbaycan futbolu haqqında öz fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, "Bakı"nın rəsmi saytına müsahibəsində bunları dilə gətirib:
“Panduri” və “Bakı” arasında keçirilən yoxlama görüşünə bizim ölkədə böyük maraq var. Təsadüfi deyil ki, bu oyun canlı yayımlanır. Mən Antalyada olduğumdan bu görüşü canlı izləmək qərarına gəldim. Azərbaycanda bir çox tanışlarım var, onlarla tez-tez əlaqə saxlayıram. Dostlarım mənə sizin ölkənizdə futbolun sürətlə inkişaf etdiyini deyirlər. Görürəm ki, həqiqətən də, belədi. Azərbaycanda futbolun inkişafına önəm verən 1 nömrəli komanda məhz, “Bakı”dı. Bu barədə məlumatım var. Klubunuz futbol naminə böyük işlər görür, bu təqdirəlayiqdi”.
“Oyuna gəldikdə, qeyd edim ki, komandanızın heyətində səviyyəli futbolçular var. Sadəcə olaraq, onların bir-birilərinə tam uyğunlaşmadıqları görünür. Qol vura bilməsələr də, tez-tez qol epizodlar yaradırlar. "Bakı" güclü komanda olduğunu göstərdi. Bu komandanın gələcəyini görürəm”.
