30 yanvar 2012 21:20
Neftçi Poloniyanı 3 qolla yendi (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, hazırda Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turniri keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı sözügedən turnirdə son ölkə çempionu “Neftçi” təmsil edir.
“Ağ-qaralar” Ukraynanın "Metallist" (Xarkov), Polşanın "Poloniya" və Özbəkistanın "Paxtakor" klubları ilə birgə B qrupunda yer alıb. "Neftçi" ilk oyununda “Metallist”lə üz-üzə gəlmişdi. Lakin təəssüf ki, təmsilçimiz bu rəqibi ilə dueldən məğlub ayrılmışdı – 1:3.
Bu gün isə Böyükağa Hacıyevin yetirmələri “Poloniya” ilə münasibətlərinə aydınlıq gətirib. Hansı ki, bu komanda ilk oyununda “Paxtakor”u 2:1 hesabıyla yenmişdi. Lakin Azərbaycan çempionu bu görüşdə Polşa klubundan daha üstün oyun sərgiləyərək, qələbəyə sevinib.
Qeyd edək ki, A qrupunda Rusiyanın "Terek", Rumıniyanın "Rapid", Qazaxıstanın "Ordabası" və Latviyanın "Dauqava" klubları mübarizə aparır. Hər qrupda 1-ci yeri tutan komanda finala vəsiqə qazanacaq. Turnirə fevralın 3-də yekun vurulacaq. “Neftçi” qrupdakı son matçını fevralın 1-də isə "Paxtakor"a qarşı keçirəcək.
Beynəlxalq turnir
Qrup mərhələsi
B qrupu
30 yanvar
Neftçi – Poloniya - 3:1 (2:0)
"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Rail Məlikov, Slavço Georgiyevski, İqor Mitreski, Rəşad Abdullayev, Denis Silva, Mirhüseyn Seyidov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov, Bahodir Nasimov.
"Poloniya"nın start heyəti: M.Başinski, T.Yadlovets, P.Vjolek, L.Tralka, B.Aviram, M.Sadlok, T.Brziyski, A.Todorovski, P.Sultes, B.Koutinyu, S.Prujurovski.
Oyun başladı
2. "Neftçi" oyuna daha fəal başlayıb
3. İlk təhlükə polşalıların qapısı ağzında yarandı. Rəşad Abdullayevin ötürməsindən sonra Bahodir Nasimov topa çata bilmir
4. Ruslan Abışovun başla zərbəsi çərçivədən yayınır
15. Oyunun ilk 15 dəqiqəsi "flaqman"ın tam üstünlüyü şərtaitində keçir, amma bu, hələ ki, hesabda öz əksini tapmayıb
22. "Neftçi"nin səyləri öz bəhrəsini verdi. Cavid Hüseynovun sol cinahdan ötürdüyü topu Bahodir Nasimov başla qapıdan keçirdi - 1:0
28. Hakim Ruslan Abışova sarı vərəqə göstərir
39. Nasimov özünün və komandasının ikinci qolunu vurur - 2:0
Rəqib komandanın hücumunu dəf edən Rauf Mehdiyev topu birbaşa Bahodir Nasimova ötürdü, o da öz növbəsində hesabı 2-0-a çatdırdı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Neftçi"nin heyətində dəyişiklik var. Rəşad Abdullayevin əvəzinə meydana gənc Emin Mehdiyev daxil olur
50. İkinci hissəyə "Poloniya" daha fəal başlayıb. Bir epizodda Rauf Mehdiyev rəqibin fərqlənməsinə imkan vermədi
53. Emin Mehdiyevin təxminən 30 metr məsafədən vurduğu möhtəşəm zərbə qapı tirinə tuş gəlir
61. Ruslan Abışovu Elvin Yunuszadə əvəzləyir
70. Emin Mehdiyevin zərbəsində azacıq dəqiqlik çatmır
72. Yakub Toşek Emin Mehdiyevin qarşısını kobudluqla alır və hakim bu futbolçuya sarı vərəqə göstərir
81. Hesab arasındakı fərq azalır. Polşalıların qoluna Lukaş Teodorçuk imza atır - 2:1
84. "Poloniya"nın heyətində Yakub Toşek növbəti dəfə Emin Mehdiyevə qarşı kobud oynadı. Hakim bu epizodda cərimə zərbəsi təyin etsə də, rəqib futbolçuya vərəqə göstərmir
87. Cavid İmamverdiyev, Mirhüseyn Seyidovu əvəzləyir
90. Meydana yenicə daxil olmuş Cavid İmamverdiyev matçda son nöqtəni qoyur - 3:1
Matç başa çatdı
