30 yanvar 2012 13:56
“Həm Şükürovla, həm də Cavadovla məmnuniyyətlə işlərdim
Rusiyalı futbol mütəxəssisi Omari Tetradze azerisport.az saytına müsahibəsində Azərbaycan çempionu “Neftçi”nin oyununu dəyərləndirib, keçmiş yetirməsi Mahir Şükürovdan, eləcə də “Alaniya”da birgə oynadığı Nazim Süleymanovdan danışıb.
- “Neftçi”nin “Metallist”lə oyununu izləməyiniz bir təsadüf idi?
- Mən bura maraqlı oyun izləməyə gəlmişəm. Şadam ki, oyundan ləzzət aldım. Azərbaycan və Ukrayna çempionatlarının aparıcı komandaları üz-üzəydi.

- Sizcə, bu nəticə klubların əsl gücündən xəbər verir?
- “Metallist” güclü idi. Baxmayaraq ki, oyunun əvvəlində bərabər mübarizə gedirdi. Hər halda xarkovlularına heyətində daha keyfiyyətli, tanınmış futbolçular çıxış edir. Ukraynalı futbolçular sizinkilərə nisbətən daha cəld, hərəkətliydilər. “Neftçi” birinci hissəni zəif keçirdi. “Metallist” isə fasilədən sonra daha sürətli oynayaraq, qələbə qazandı.

- Oyunu diqqətlə izləmisiz. Hansı futbolçumuzu qeyd edə bilərsiz?
- Mən ayrıca fərdləri qeyd etməyi xoşlamıram. Mənim üçün həmişə komanda oyunu və nəticə önəmlidi.

- Siz “Anji”də çalışarkən Mahir Şükürovu komandanıza aparmışdınız. Sonradan siz komandanı tərk etdiyiniz üçün, Mahir də vətənə dönməli oldu. Sonralar onun karyerasını izləməmisiz?
- Təəssüf ki, Şükürovun “Anji” karyerası alınmadı. Mənə onunla işləmək xoş idi. Mən “Volqa”ya gedəndən sonra, onu da yanıma aparmaq istədim. Amma problem yarandı. Çünki orda qafqazlı çoxlu futbolçu var idi. O vaxt Vaqif Cavadovu da almaq fikrimiz olmasına rəğmən, bu da baş tutmadı.

- Maraqlıdı, niyə?
- Çünki o, başqa variantı seçdi. Hollandiyaya getməyə qərar verdi. Bilirəm ki, sonradan o, “Volqa”ya getdi. Lakin o vaxt artıq mən orda yox idim.

- Mahirlə Vaqifi birləşdirən bir məqam var. Hər ikisinin legioner həyatı uğursuz alındı...
- Onlara daha çox güvənmək lazım idi. Mən şəxsən həm Şükürovla, həm də Cavadovla məmnuniyyətlə işlərdim. Onlara daha çox çalışmaq lazım idi ki, Premyer Liqa matçlarında özlərini göstərə bilsinlər.
- Sizin karyeranız daha bir azərbaycanlı ilə bağlıdı – Nazim Süleymanov. Onunla əlaqələriniz var?
- Yarım il öncə mən Bakıya gəlmişdim. Mən ona zəng etdim, lakin başqa şəhərdəydi. Görüşə bilmədik. Amma biz əlaqə saxlayırıq. Deməzdim ki, tez-tez, amma ildə bir dəfə söhbətləşirik.

- Hazırda issızsınız. Azərbaycan klublarında çalışmaq arzunuz yoxdu?
- Niyə də olmasın? Belə bir deyim var ki, heç vaxt “heç vaxt” demə.