30 yanvar 2012 15:19
Millimizin İslandiya ilə oyununun başlama vaxtı bəlli oldu
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İslandiya oyununun başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək qarşılaşma fevralın 29-da keçiriləcək. Matç saat 18:00-da başlayacaq.
