30 yanvar 2012 15:28

Könüllülük Proqramı Lənkəranda (FOTOLAR)

Lənkəran Gənclər Evində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində “Könüllülük” Proqramının təqdimatı keçirilib. Azerisport.az xəbər verir ki, tədbir iştirakçıları 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına hazırlıq və könüllülük proqramı haqda geniş məlumat əldə ediblər.
 
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin planlarına əsasən, çempionata yerli və xarici olmaqla 1000-ə yaxın könüllünün cəlb edilməsi nəzərdə tutulub.
 
Diqqətinizə çatdıraq ki, Xəzər-Lənkəran stadionunda 2 oyunun keçirilməsi nəzərdə tutulub. Lənkəran könüllüləri də yalnız oyun günləri dəstək üçün yox, həmçinin stadionda və onun ətrafında hərarətli bir dostluq mühiti yaratmaq üçün Yerli Təşkilat Komitəsinə köməklik göstərəcəklər.
 
Beynəlxalq könüllülər komandasında üzv olmaq üçün 18 yaşın tamam olması, Azərbaycan və ingilis dillərini bilmək kifayətdir. Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər bir şəxs www.fifa.com/azerbaijan2012 linkinə keçid edərək daha ətraflı məlumat əldə edə bilər və qeydiyyat formasını doldurub [email protected] e-mail ünvanına “FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012/Könüllülük” başlığı altında yollaya bilərlər.
 
Məlumat üçün onu da qeyd edək ki, çempionatda könüllü kimi iştirak edəcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün ali təhsil müəssisələrində, QHT-lərdə, səfirliklərdə, şirkətlərdə və bu kimi digər qurumlarda yanvar ayından başlayaraq mütəmadi təqdimatlar keçirilməkdədi. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.