30 yanvar 2012 18:24
Simurq almanlarla bacarmadı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Simurq” bu gün qardaş ölkədə üçüncü yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi bu dəfə Almaniya klubu ilə üz-üzə gəlib.
Sergey Yuranın yetirmələrinin rəqibi isə “Offenbach” komandası olub. Görüşün ilk yarısında qapılara qol vurulmayıb. Lakin fasilədən sonra Berti Foqtsun həmyerliləri Zaqatala klubuna iki qol vurmağı bacarıb. "Simurq" isə buraxılan qollardan yalnız birinə cavab verə bilib -1:2.
Xatırladaq ki, "Simurq" Türkiyədəki ilk matçını Qazaxıstan klubu “Kaysar”a qarşı keçirmişdi və həmin oyunda da 1:1 hesablı bərabərliyə razılaşmışdı. Elə Gürcüstanın “Torpedo” (Kutaisi) klubu ilə görüşdə də eyni hesab qeydə alınmışdı.
Yoxlama oyunu
30 yanvar
Simurq – Offenbach - 1:2 (0:0)
"Simurq"un start heyəti: Dmitri Kramarenko, Rasim Ramaldanov, Vidas Alunderis, Emin Cəfərquliyev, Ruslan Poladov, Daniel Genov, Vasili Yanutovski, Qərib İbrahimov, Nicat Qurbanov, İqor Tarasov, Sergey Kovalenko.
Matç başladı
"Simurq" "İnter"də baxışda olsa da, bəyənilməyən Latviya yığmasının futbolçusu İqor Tarasovu sınaqdan keçirir
Üstünlük komandamızın tərəfindədi
Sergey Yuranın yetirmələri iki dəfə təkbətəkdən yararlana bilmirlər
Birincidə Genova qarşı kobud oynayırlar
İkincidə isə Kovalenko ilə Qurbanov bir-birinə mane olurlar
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Almanlar ilk hücumdaca hesabı açırlar - 0:1
Az sonra alman klubu daha bir qol vurur - 0:2
70-ci dəqiqədə isə Tarasovun geri qayıdan zərbəsini Ruhid Usubov təkrar toxunuşla tora qovuşdurur - 1:2
70-ci dəqiqədə isə Tarasovun geri qayıdan zərbəsini Ruhid Usubov təkrar toxunuşla tora qovuşdurur - 1:2
Matç başa çatdı
