30 yanvar 2012 20:48

İnter Sturma qalib gəldi (YENİLƏNİB)

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün qardaş ölkədə beşinci sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin yetirmələri bu dəfə Avstriyanın “Sturm Graz” klubu ilə üz-üzə gəliblər.
 
Qarşılaşmada hesabı "bankirlər" açıblar. Hissənin sonlarında komandamız daha bir qol vurub. Düzdü, fasilə ərəfəsində Avstriya təmsilçisi buraxılan toplardan birinin əvəzini çıxıb. Amma "İnter" ikinci hissədə qələbə hesabını qorumağı bacarıb.
 
Xatırladaq ki, paytaxt klubu Türkiyədəki ilk oyununda Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşmışdı - 1:3. Albaniyanın “Skenderbeu”, eləcə də Ukraynaın “Volın” klubları ilə görüşlər sülhlə başa çatmışdı – 0:0. Türkiyənin aşağı divizion təmsilçisi “Konya Şekerspor” ilə matçda isə 3:2 hesablı qələbə qeydə alınmışdı.
 
Yoxlama oyunu
30 yanvar
 
İnter – Sturm Graz - 2:1 (2:1)
 
"İnter"in start heyəti: Georgi Lomaya, Arif Daşdəmirov, Vladimir Levin, Valeri Abramidze, Peter Xrappan, İlia Kandelaki, Branislav Çervenka, Asif Məmmədov, Petar Zlatinov, Aleksandr Qross, Baçana Tsxadadze.
 
Oyun başladı
Komandalar oyuna fəal başlayıblar
9-cu dəqiqədə "İnter" Asif Məmmədovla erkən qola imza atır - 1:0
Meydanda qarşılıqlı hücumlar bir-birini əvəzləyir
Tsxadadze yaxşı qol fürsətini boşa verir
39-cu dəqiqədə "bankirlər" daha bir qol vurur. Baçana penaltini dəqiq yerinə yetirir - 2:0
45-ci dəqiqədə avstriyalılar buraxılan qollardan birinin əvəzini çıxırlar - 2:1
Birinci hissə başa çatdı
Ikinci hissə başladı
Hər 2 komanda ardıcıl hücumlar təşkil etməkdədi
Asif Məmmədov rəqib qapıçı ilə üz-üzə qalsa da, dubla imza atmaq şansını qaçırır
Son dəqiqələrdə üstünlük Avstriya klubunun tərəfindədi
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.