30 yanvar 2012 15:32
“Azərbaycanla bizi necə qarşıdurma gözlədiyini yaxşı bilirik”
Fevralın 2-də futzal üzrə Azərbaycan millisi Xotvatiyada təşkil olunacaq növbəti Avropa çempionatında ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, Joze Alesio da Silvanın yetirmələrinin ilk rəqibi isə turnirin əsas favoritlərindən sayılan Portuqaliya yığması olacaq.
Portəgizlər artıq sözügedən oyunun keçiriləcəyi arenada məşqə də çıxıblar. Komandanın aparıcı oyunçularından olan Marinyo AÇ-2012-nin startı ərəfəsində fikirlərini bölüşüb:
“Zaqreb arenasının örtüyü sadəcə heyranedicidi. Fantastik arenadı”.
“Zaqreb arenasının örtüyü sadəcə heyranedicidi. Fantastik arenadı”.
Marinyo belə meydançada çıxacaqları ilk oyunda Azərbaycan millisini məğlub etməyin vacibliyini vurğulayıb: “Biz onlarla ötən Avropa çempionatında da qarşılaşmışdıq. O vaxt yarımfinalda qələbə məhz bizim olmuşdu. Bu dəfə də eyni uğuru təkrarlamaq lazımdı”.
“Biz gözəl bilirik ki, bu matçda necə bir qarşıdurmayla üzləşəcəyik. Məhz Azərbaycanla oyun bu turnirdə nəyə ümid etməyimizin mümkünlüyünü göstərmiş olacaq”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu fevralın 2-də, “Zaqreb Arena”da keçiriləcək və Bakı vaxtı ilə 00:00-da başlayacaq. Qrupumuzdakı digər rəqiblə - Serbiya ilə oyun isə fevralın 3-də baş tutacaq.
