30 yanvar 2012 16:34
Sergey Artyux Rəvana keçdi
“Rəvan” növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Premyer Liqanın debütantı serb Nemanya Vidakoviç və AZAL-ın qapısıçı Amil Ağacanovun ardınca heyətinə daha bir əcnəbi qatıb.
Paytaxt klubu bu dəfə tanış legionerlə güclənib. Belə ki, Bakı təmsilçisi ilk yarını “Turan”da keçirən Sergey Artyuxu heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi əvvəllər “Simurq”da top qovub.
Qeyd edək ki, “Rəvan” bu üç futbolçudan başqa Elmar Yəhyabəyovu (Şahdağ), Ramil Nuriyevi (Sumqayıt), Orxan Lalayevi (Şuşa), Asif Zeynalovu (Bakılı) və Vüsal Qarayevi (AZAL) heyətinə qatıb.
