30 yanvar 2012 16:48

Neftçinin oyunlarının yayımlanmamasının səbəbi açıqlandı

Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının mərhum  prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanmaması böyük qalmaqala səbəb olub. Azerisport.az xəbər verir ki, “Neftçi” klubu rəsmi saytı vasitəsilə bu barədə yeni məlumat yerləşdirib.
 
Həmin məlumatı təqdim edirik: “Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının mərhum  prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanmaması səbəbləri "Neftçi" PFK-nın bəyanatında öz əksini tapmışdı. Adı çəkilən telekanal isə öz növbəsində bəyanat yaymış və canlı yayımın baş tutmaması səbəblərini təhrif etmişdir. Telekanalın bəyanatında deyilir ki, yarışı təşkil edən "Enda Sports& Media" şirkətinin nümayəndəsi Metin Dalman bildirib ki, "Neftçi"nin oyunlarına maraq olmadığına və klubun turnirdə zəif komandalardan biri olduğuna görə paytaxt təmsilçisinin heç bir oyunundan canlı yayım təşkil olunmayacaq. Üstəlik bəyanatda "Neftçi"PFK-nın mətbuatla işinin peşəkar səviyyədə qurulmadığı qeyd olunur.
 
"Neftçi" PFK olaraq məsələyə aydınlıq gətirmək üçün klubumuzun Türkiyəyə ezam olunmuş əməkdaşları yarışı təşkil edən "Enda Sports& Media" şirkətinin nümayəndəsi Metin Dalmanla görüşüb. Mətin bəy  "İdman Azərbaycan" telekanalının ona istinadən yazdığı fikirləri tam təkzib edib. "Neftçi" bu turnirin ən iddialı komandalarından biridir. Əgər "Neftçi" zəif komanda olsaydı yarışa dəvət olunmazdı. Bu klubun oyunları turnirə rəng qatır. O ki, qaldı yayımın baş tutmamasına, bunun səbəbi sadədir. Bu yarışın təşkilatçiları Rusiyanın "Terek" klubunun oyunlarını və final görüşünün yayımlamaq üçün bizimlə anlaşıblar. "İdman Azərbaycan"  telekanalından da bizə müraciət olunanda bildirdik ki, "Neftçi"nin oyunlarını yayımlamaq üçün ayrıca texniki avadanlıq sifariş edilməlidir. Hətta telekanallara yayımın siqnalını çox sərfəli qiymətə təşkil etməyin mümkün olduğunu demişəm. Biz yayımçı şirkət olaraq "İdman Azərbaycan" telekanalına yayım üçün müəyyən məbləğdə vəsaitin tələb olunduğunu bildirdik. Bundan sonra telekanaldan bizə cavab gəlmədi və yayım baş tutmadı. Qeyd edim ki, turnirdə mübarizə aparan "Rapid" Buxarest klubunun görüşlərini Rumıniyanın "Digisport" telekanalı və "Paxtakor" komandasının görüşlərini isə Özbəkistan dövlət televiziyası yayımlamaq üçün bizə sifariş göndərib və biz onlarla razılığa gəlmişik. Başqa səbəb axtarmaq lazım deyil və mənim adımdan fikirlərimi "İdman Azərbaycan" telekanalı tərəfindən yanlış yazıldığına təəssüf edirəm. Mobil nömrəm də budur, +90 533 305 85 83. İstənilən adam istənilən vaxt zəng edib əmin ola bilər ki, belə bir şey deməmişəm, deyə Metin Dalman bildirib. Sonda isə Metin Dalman bir daha xatırladıb ki, hələ də gec deyil və "İdman Azərbaycan" telekanalı bizə sifariş göndərib "Neftçi" PFK-nın qalan oyunlarını yayımlaya bilər.
 
"Neftçi" PFK olaraq "İdman Azərbaycan" telekanalını hansısa qərəzli mövqe tutmaqda günahlandırmırıq. Sadəcə olaraq telekanal yayımın təşkilinə qeyri- peşəkar yanaşıb və buna görə flaqman azarkeşlərinə üzrxahlığını bildirməlidir. Öz növbəmizdə bir daha bəyan edirik ki, "Neftçi"nin beynəlxalq oyunlarının  yayımlanması üçün istənilən telekanala hərtərəfli köməklik göstərməyə hazırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.