30 yanvar 2012 17:14

Avropa Könüllülük Xidməti artıq Azərbaycanda

Avropa Gənclərinin FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-də könüllü kimi iştirak etmək imkanları daha da artıb. Azerisport.az xəbər verir ki, Dünya Çempionatının Yerli Təşkilat Komitəsi (YTK) aylarla davam edən danışıqlar və hüquqi proseslərin reallaşdırılması nəticəsində Avropa Komissiyasının Gənclər Fəaliyyətdə Proqramı tərəfindən rəsmi olaraq akkreditasiya alıb.
 
2006-ci ildə Avropa Parlamenti tərəfindən təsdiq olunmuş 2007-2013-cü illəri əhatə edən Gənclər Fəaliyyətdə proqramının əsas prioritet istiqamətləri Avropa Vətəndaşlığı, gənclərin iştirakçılığı və mədəni müxtəliflikdir. Gənclərə geniş imkanlar yaradan proqramın fəaliyyət sahələrindən biri və mühümü olan Avropa Könüllülük Xidməti vasitəsilə ölkələrarası beynəlxalq könüllülük layihələri reallaşdırmaq mümkündür. Bu istiqamətdə əldə edilmiş akkreditasiya FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin könüllülər komandasının daha da rəngarəng, beynəlxalq və peşəkar olması üçün Avropanın müxtəlif ölkələrindən 60-a qədər gəncin cəlb edilməsi hüququ vermişdir. 60 gəncin cəlb edilməsi birbaşa olaraq mədəniyyətlərarası dialoqu, yerli könüllülərin beynəlxalq təcrübədən yararlanması imkanlarını və gənclərarası inteqrasiyanı daha da inkişaf etdirəcəkdir.
 
Onu da qeyd edək ki, əldə edilmiş akkreditasiya 2012-ci ildən Avropa Komissiyası tərəfindən başladılan və Şərq Tərəfdaşlığı ölkələrinə daha geniş və birbaşa dəstək verən “Şərq Tərəfdaşlığının Gənclər Pəncərəsi” proqramında fəaliyyət göstərmək imkanını da yaratmışdır. Və bunun sayəsində YTK və AFFA üçün FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012 başda olmaqla gələcək illərdə xarici gənclərə Azərbaycanda, azərbaycanlı gənclərə isə xarici ölkələrdə beynəlxalq layihələrdə yaxından iştirak fürsəti yaratmışdır. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.