30 yanvar 2012 20:03
Metallist Paxtakora penaltilərlə uduzdu
Bu gün Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, B qrupunda mübarizə aparan Azərbaycan çempionu "Neftçi"nin rəqibləri "Paxtakor" (Özbəkistan) və "Metallist" (Ukrayna) klublarının görüşü artıq başa çatıb.
Əsas hissəsi 1:1 hesabı ilə başa çatan görüşün qalibini müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub ki, burada da "Paxtakor" futbolçuları sevinən tərəf olub. Özbəklərim 3 dəqiq zərbəsi qarşısında Ukrayna klubunun 2 zərbəsi hədəfə düşüb – 3:2.
Qeyd edək ki, turnirin reqlamentinə görə, qrup mərhələsində keçirilən bütün oyunların qalibi müəyyənləşməlidi. Əgər hər hansı bir görüşün əsas vaxtı heç-heçə başa çatarsa, komandalar qalibi penaltilərlə müəyyənləşdirirlər.
Xatırladaq ki, ilk turda “Neftçi” “Metallist”ə uduzduğu halda (1:3), “Paxtakor” da “Poloniya”ya məğlub olmuşdu.
