30 yanvar 2012 21:04
Qurban Qurbanov 0:3 hesablı yenilgini şərh etdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində Ukraynanın “Obolon” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 0:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Bu oyunda əvəzedici heyəti yoxlamaq istədim, onlara şans verdim. Ötən gün iki ağır məşq keçmişdik. Buna görə də əsas heyətin oyunçularını son dəqiqələrdə meydana buraxdım. Uşaqları çempionat oyunları öncəsi sınamaq istəyirdim”.