30 yanvar 2012 22:18
Böyükağa Hacıyev: Finala vəsiqə qazanmağa çalışacağıq
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev hazırda Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsi çərçivəsində Polşanın “Poloniya” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionunun çalışdırıcısı 3:1 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
"Metallist" klubu ilə oyunda məğlub olduğumuza görə bu matçda mütləq qələbə qazanmalı idik. Futbolçuları "Poloniya" ilə oyuna psixoloji cəhətdən yaxşı hazırlamışdıq. Gördünüz ki, bu matçda da gənclərə şans verdik. Qarşıdakı oyunlarda da onların xidmətindən yararlanacağıq. Hal-hazırda qrupumuzda bütün komandaların 3 xalı var. Şanslar bərabərdi. Çalışacağıq ki, növbəti oyunda da qələbə qazanıb finala vəsiqə qazanaq".
