30 yanvar 2012 00:01
İqor Mitreski: Metallist daha güclü idi
"Neftçi"nin müdafiəçisi İqor Mitreski Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsi çərçivəsində Ukraynanın “Metallurg” (Xarkov) klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, makedoniyalı futbolçu 1:3 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
"Neftçi" bu gün yaxşı oynadı, amma "Metallist" daha güclü idi. Rəqibin heyətində adlı-sanlı futbolçular çıxış edir. Təsadüfi deyil ki, bu komanda son illər Avropa kuboklarında yaxşı təsir bağışlayır. Məğlubiyyətə baxmayaraq, belə oyunlar "Neftçi"nin xeyrinədi. Bu görüşdə komandamızın heyətində daha çox gənc futbolçular meydana çıxdı. Güclü futbolçulara qarşı oynamaq gənclər üçün böyük təcrübədi".
