30 yanvar 2012 00:05
Neftçinin Poloniya ilə matçının vaxtı dəyişdirildi
"Neftçi" bu gün Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ikinci oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, “flaqman” Polşanın "Poloniya" klubu ilə qarşılaşacaq.
Lakin matç əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 17:00-da yox, 19:30-da start götürəcək. Məlumatı "Neftçi"nin rəsmi saytı yayıb.
Qeyd edək ki, "Neftçi" turnirdəki ilk qarşılaşmasında Ukraynanın "Metallist" (Xarkov) klubuna uduzub (1:3).
