30 yanvar 2012 00:08
George Haci Qəbələni təriflədi
“Qəbələ”nin Antalyadakı 3-cü matçını – Rumıniyanın “Vitorul Konstanta” klubuyla qarşılaşmasını (1:0) izləyənlər arasında rəqib klubun sahibi George Haci də olub. Azerisport.az xəbər verir ki, oyun boyu klub rəsmiləri ilə epizodları müzakirə edən Haci qarşılaşmadan sonra “Qəbələ” haqda fikirlərini bölüşüb:
“Qarşılaşma maraqlı alındı. “Qəbələ” haqda elə də məlumatım yox idi. Amma yaxşı komandadı. Oyunu xoşuma gəldi. Heyətdə istedadlı gənc futbolçular var. “Qəbələ”yə uğurlar arzulayıram”. (“Qəbələ”nin saytı)
