30 yanvar 2012 00:17
“Belə oyunlarda qazandığımız təcrübə əvəzsizdi”
"Neftçi"nin gənc futbolçusu Elşən Abdullayev "Metalllist"lə oyundan sonra fikirlərini klubun rəsmi saytına bildirib. Azerisport.az xəbər verir ki, 17 yaşlı hücumçu güclü komandalarla oyunun təcrübə qazanmaq baxımından xeyirli olduğunu deyib.
"Mənə "Metallist"lə oyunda şans verdiklərinə görə klub rəhbərliyi və məşqçilər heyətinə təşəkkürümü bildirirəm. Belə güclü komandalara qarşı oynamaq bizim kimi gənc futbolçular üçün çox xeyirlidir. Məhz belə oyunlarda qazandığımız təcrübə əvəzsizdi" - deyə Abdullayev bildirib.
