31 yanvar 2012 01:05
Afrika Millətlər Kuboku: Fil Dişi Sahilindən yüz faizli nəticə
Afrika Millətlər Kubokunda qrup mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin onuncu oyun günündə daha iki görüş baş tutub.
B qrupunda üçüncü turun oyunları çərçivəsində Fil Dişi Sahili Anqola ilə üz-üzə gəlib. İlk iki oyununda qələbə qazanmış Droqba və onun komandası bu dəfə də 3 xala sahib çıxmaqla, pley-offa yüzfaizli nəticə ilə yüksəlib.
Qrupun digər oyununda Sudanla Burkina Faso qarşılaşıb. Digər oyunda anqolalıların məğlubiyyətindən yararlanan Sudan bu görüşdə qələbə qazanmaqla pley-offa adlayıb. Çünki top fərqinə görə sudanlılar anqolalıları qabaqlamağa nail olublar.
Qeyd edək ki, bu dəfəki Afrika Millətlər Kubokunda 16 komanda 4 qrupda mübarizə aparır. Turnirin finalı fevralın 12-də baş tutacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
B qrupu
30 yanvar
Fil Dişi Sahili - Anqola – 2:0
Qollar: Ebue, 33, Vilfred, 64.
Sudan - Burkina Faso – 2:1
Qollar: El-Tahir, 33; 80 – Daqano, 90.
|
1
|
Fil Dişi Sahili
|
3
|
3
|
0
|
0
|
5 - 0
|
5
|
9
|
|
2
|
Sudan
|
3
|
1
|
1
|
1
|
4 - 4
|
0
|
4
|
|
3
|
Anqola
|
3
|
1
|
1
|
1
|
4 - 5
|
-1
|
4
|
|
4
|
Burkina Faso
|
3
|
0
|
0
|
3
|
2 - 6
|
-4
|
0
|
Bu gecə C qrupu çərçivəsində Qabon Tunis, Niger isə Mərakeşlə münasibətlərinə aydınlıq gətirəcək.
