31 yanvar 2012 01:12
Türklər Amitin çıxışını qiymətləndirdilər
Türkiyə mətbuatı gənclərdən ibarət yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, səfərdə “Konyaspor” ilə qarşılaşmanın iştirakçısı olan “Kayseri Erciyesspor”un üzvü orta qiymətə layiq görülüb.
Belə ki, türkiyəli həmkarlarımız Amitə 5 bal veriblər. Quluzadə ilə yanaşı, daha 5 futbolçu da 5 balla qiymətləndirilib. Yerdə qalan oyunçular isə 6 bala layiq görülüblər.
Xatırladaq ki, Amit bu oyunda start heyətində meydana çıxmışdı. Lakin o, 73-cü dəqiqədə Hanni ilə əvəzlənib. Futbolçumuz meydanda olduğu dəqiqələrdə sarı vərəqə almaqla da “fərqlənib”. Komandası isə məğlubiyyətlə üzləşib – 0:1.
Erciyesspor: Ferhat – 6, Fatih – 5, Cemil - 6, Emrah - 6), Amit Quluzadə - 5 (Hanni, 73) - 5, Orhan - 5, Kemal – 5 (Mehmet Ayaz, 63) - 5, Zafer - 6, Metin - 6, Vassva – 6 (Recep, 90) – qiymətsiz, Gökhan Kaba – 6.
