31 yanvar 2012 01:27
Yığma komanda baş məşqçisiz qaldı
Futbol üzrə Slovakiya milli komandası baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, xeyli müddət idi bu ölkənin yığmasını çalışdıran və bu komandaya heç də az uğur qazandırmamış Vladimir Vays istefasını açıqlayıb.
Onun Slovakiya Futbol Federasiyası ilə müqaviləsi 2014-cü ildə bitəcəkdi. Lakin tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam verməyi qərara alıblar.
Xatırladaq ki, Vladimir Vays 2008-ci ildən Slovakiya yığmasını çalışdırırdı. 47 yaşlı mütəxəssis daha çox bu ölkə millisini DÇ-2010-un final mərhələsinə daşımaqla özündən söz etdirmişdi. Vaysın komandası son mundialda hətta 1/4 finala da çıxmışdı.
Slovakiya Futbol Federasiyası hələlik Vaysın niyə istefa verdiyini və onun kiminlə əvəzlənəcəyinə dair heç bir məlumat vermir.
