31 yanvar 2012 13:36
Turan Şəmkirə qalib gəldi
“Turan”ın Premyer Liqanın qalan dövrü üçün hazırlıqlara start verdiyini bildirmişdik. Azerisport.az xəbər verir ki, Tovuz təmsilçisi artıq dünən yoxlama matçında da qüvvəsini sınayıb.
Belə ki, bölgə klubu “Şəmkir”lə qarşılaşıb. Görüş “Turan”ın qələbəsi ilə başa çatıb - 3:1. Komandanın qollarını Asəf Qədiri, Xəyal Qurbanov və Natiq Kərimi vurub.
Qeyd edək ki, tovuzlular növbəti sınaq matçını digər birinci divizion təmsilçisi “Tərəqqi”yə qarşı keçirəcək. Komandanın “Kəpəz”lə də qarşılaşması planlaşdırılır.
