31 yanvar 2012 13:57
Joze Alesio AÇ öncəsi ehtiyatlı danışdı
Xorvatiyada futzal üzrə Avropa çempionatı start götürmək üzrədi. Azerisport.az xəbər verir ki, yığmamız AÇ-2012-nin ilk matçında Portuqaliya kimi güclü rəqiblə üz-üzə gələcək.
Komandamızın baş məşqçisi Joze Alesio sözügedən turnir öncəsi fikirlərini açıqlayıb. Braziliyalı mütəxəssis öncə bunları dilə gətirib:
“AÇ-2010-la müqayisədə hazırda Azərbaycan yığmasını tərk edən çoxlu oyunçular var. Onların bəziləri hazırda xarici klublarda çıxış edirlər. Bütün bunlar isə təbii ki, yığmanın baş məşqçisi kimi mənim işimi çətinləşdirən amillərdəndi”.
“AÇ-2010-la müqayisədə hazırda Azərbaycan yığmasını tərk edən çoxlu oyunçular var. Onların bəziləri hazırda xarici klublarda çıxış edirlər. Bütün bunlar isə təbii ki, yığmanın baş məşqçisi kimi mənim işimi çətinləşdirən amillərdəndi”.
Lakin Alesionun fikrincə, komandası AÇ-yə yaxşı hazırlaşıb: “Araz” yenə yığmanın bazası olaraq qalmaqdadı. Lakin biz çox təəssüflənirik ki, AÇ-2012-də bizə Maşado Nilson kömək edə bilməyəcək. O, aldığı son zədəni hələ də sağalda bilməyib”.
Bu və digər problemlərə rəğmən, braziliyalı mütəxəssis komandasının Avropa birinciliyində uğurlu çıxış edəcəyinə inanır: “Şübhəsiz ki, startdakı Portuqaliya ilə oyun çox önəmlidi. Bu komanda kifayət qədər çətin rəqibdi. Əminəm ki, Rikardinyo ilə birgə onlara qarşı oynamaq daha da çətin olacaq. O, hər görüşün taleyini həll edə biləcək oyunçudu”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu fevralın 2-də, “Zaqreb Arena”da keçiriləcək və Bakı vaxtı ilə 00:00-da başlayacaq. Qrupumuzdakı digər rəqiblə - Serbiya ilə oyun isə fevralın 3-də baş tutacaq.
