31 yanvar 2012 00:03
Qəbələ Obolonla oyuna hazırdı
Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” ötən gün iki məşqlə təlim-məşq toplanışının 11-ci gününü yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, komanda günün ilk yarısında qaçış və fiziki çalışmalar yerinə yetirib. Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə Vurğun Hüseynov, Rövşən Əmiraslanov və Deon Barton iştirak etməyiblər.
Komanda bu gün yoxlama oyunları çərçivəsində 4-cü matçına çıxacaq. “Qəbələ” Ukrayna Premyer Liqasında mübarizə aparan “Obolon” klubu ilə münasibətlərini aydınlaşdıracaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
