31 yanvar 2012 14:21
Rumınlar Qarabağın oyununun vaxtını dəyişdilər
Bu gün “Qarabağ” Antalyada növbəti oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu dəfə Rumıniyanın “Petrolul” klubu ilə qarşılaşacaq.
Lakin oyun planlaşdırıldığı vaxtda başlamayacaq. Qarşılaşmanın start fiti 30 dəqiqə tez – Bakı vaxtı ilə saat 16:45-də çalınacaq. Buna matçın Rumıniyada canlı yayımlanması səbəb olub.
Qeyd edək ki, Qurban Qurbanov bu oyunda daha bir legioneri sınayacaq. Dünən gecə komandanın düşərgəsinə gələn Litva millisinin yarımmümdafiəçisi Mindauqas Kalonas bu gün sınaqdan keçəcək. Onun taleyinə bu oyundan sonra aydınlıq gətirəcək.
