31 yanvar 2012 18:32

Qarabağ rumınlara qalib gəldi (YENİLƏNİB)

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün qardaş ölkədə beşinci sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri qüvvəsini Rumıniyanın “Petrolul Ploiesti” komandasıyla görüşdə sınayıb.
 
Qarşılaşmada hesabı ağdamlılar açıblar. Fasilədən sonra komandamız daha bir qol vurub. Beləcə, "Qarabağ" Türkiyə toplanışında ilk qələbəsinə sevinib.

Qeyd edək ki, Ağdam təmsilçisinin Türkiyədəki ilk rəqibi Qazaxıstanın “Taras” komandası olmuşdu – 0:1. Avstriyanın “Rid” klubu ilə görüşdə Qurbanovun yetirmələri növbəti məğlubiyyətə üzülmüşdülər - 1:3. Ruminiyanın məşhur “Vaslui” komandasıyla qarşılaşmada heç-heçə qeydə alınmışdı – 1:1. Ukrayna “Obolon”u ilə görüş isə 0:3 hesablı darmadağınla yekunlaşmışdı.
 
Yoxlama oyunu
31 yanvar

Qarabağ - Petrolul Ploiesti - 2:0 (1:0)
 
"Qarabağ"ın start heyəti: Boyan Pavloviç, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Rəşad Sadiqov, Namiq Yusifov, Kalonas, Georgi Adamiya, Vüqar Nadirov, Rauf Əliyev.
 
Oyun başladı
3. Ruminlar ilk dəqiqələrdən daha üstün oyun sərgiləməyə çalışırlar
5. Ansinin asmasına hücumçulardan heç biri çata bilmir
8. Oyunda ilk təhlükəli vəziyyəti komandamız yarada bilərdi, amma Raufun ara ötürməsinə Kalonas çata bilmir
11. Komandamız rumınların ilk dəqiqə pressinqini dəf edib, hal-hazırda oyunu rəqibə aid olan hissədə davam etdirir
14. Ansi-Adamiya-Rəşad paslaşmasını sonda Kalonas künc zərbəsi qazanmaqla yekunlaşdırdı
19. Ruminlar komandamızı əks-hücumda tutmaq istəsə də, müdafiə vaxtında öz mövqeyini tuta bilir
23. Bərabərsəviyyəli oyunda heç bir komanda real qol vəziyyəti yarada bilmir
24. Maksimin gözlənilmədən uzaq məsafədən zərbəsini qapıçı çətinliklə qaytarır
25. Vüqarın yandan asması qapı tirinə tuş gəldi
29. Meydanın mərkəzində rəqibdən topu alan Rəşadın uzaq məsafədən zərbəsini qapıçı dəf edir
30. Teli hesabı açır. Maksimin uzaq məsafədən zərbəsini qapıçı dəf etsə də, özünü yetirən Teli topu qapıdan keçirir - 1:0
33. Qoldan sonra rəqib pressinq tətbiq etməyə çalışsa da, komandamız dəqiq oynayır
36. Rəşadın ötürməsindən snra Kalonas qapıçı ilə üz-üzə qalsa da, hakim oyundankənar vəziyyət qeydə alır
37. Hissə boyu rəqibin ilk təhlükəli əks hücumunun qarşısını səhvsiz oynayan müdafiəmiz kəsir
39. Vüqarın uzaqdan zərbəsini qapıçı tutur
43. Hissənin sonlarında komandamız ikinci qolu vurmaq üçün irəli atılıb. Ərazi üstünlüyü tam komandamızın tərəfindədi
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. İkinci yarıya "Qarabağ" dəyişikliklə başladı: Kalonasın yerinə meydana Vaqif çıxır
48. Rumınlar ilk dəqiqələrdən təzyiq yaratmaq istəyirlər
49. Rauf inanılmaz qol epizodunu qaçırır: Vüqarın qapı ağzına ötürməsindən sonra Əliyev 2 metrdən qapıya düşə bilmir
52. Meydanda maraqlı futbol gedir
54. Vüqarın asması qapıçıda qalır
56. Fantastik bir qol Adamiya–Vaqif–Rauf ötürməsini sonuncu başla tamamladı - 2:0
60. Vüqarın zərbəsi müdafiəçilərdən dönür
64. Komandamız rəqibə nisbətən daha rahat oynayır
65. "Qarabağ"da Sadıqov və Maksimin yerinə Zaur Həşimov və Eltun Yaqublu oyuna daxil olur
67. Rəqibin zərbəsi qapıdan aralı keçir
72. Daha 2 dəyişiklik: Rauf və Adamiyanın yerinə Bəxtiyar və Nedzipi oyuna daxil olur
75. Rumınlar yenə də qapını uzaqdan yoxlasalar da, top hədəfdən yan keçir
79. Bojan çıxışda səhvsiz oynayır
80. Sadiqov və Vüqarın yerinə Qoran və İlqar meydana çıxır
82. Qarşılıqlı hücumlar gedir
85. Boyan qapıda yenə dəqiq oynayır
86. Aqolli və Telinin yerinə Kamil Hüseynov və Emin İmaməliyev oyuna daxil olur
88. Daha bir qol şansı. Vaqifin qapı önünə ötürməsi zamanı müdafiəçilərdən dönən topa Bəxtiyar zərbə endirsə də top dirəkdən dönür
89. Oyuna 3 dəqiqə əlavə olunur
90. Boyan uzaqdan gələn zərbəni dəf edir
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.