31 yanvar 2012 19:14
Qəbələ Qarabağın qisasını aldı (YENİLƏNİB)
Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün Türkiyədə dördüncü sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Fatih Kavlak yetirmələrini Ukraynanın “Obolon” klubu ilə oyunda sınayıb.
Hansı ki, bu komanda ötən gün Antalyada hazırlıq keçən digər komandamızla - “Qarabağ”la da üz-üzə gəlmişdi. Ukraynalılar Ağdam klubuna 3:0 hesabıyla qalib gəlmişdilər.
Lakin “Qəbələ” ağdamlıların qisasını ala bilib - 1:0. Bölgə təmsilçisinin yeganə qolunu 30-cu dəqiqədə Murad Hüseynov penalti zərbəsindən vurub.
Xatırladaq ki, "Qəbələ" Türkiyədəki ilk sınaq matçını Qazaxıstanın “Atırau” klubuna qarşı keçirmişdi – 1:2. Fatih Kavlakın komandası növbəti matçında Ukraynanın “Krivbass” klubuna da eyni hesabla (1:2) məğlub olmuşdu. Ruminiyanın “Vitorul Konstanta” klubu ilə görüş isə 1:0 hesabıyla qəbələlilərin xeyrinə başa çatmışdı.
Yoxlama oyunu
31 yanvar
Qəbələ - Obolon - 1:0
"Qəbələ"nin start heyəti: Pavel Doroşev, Nodar Məmmədov, Sergey Sokolov, Stiv Olfers, Ürfan Abbasov, Elmar Baxşıyev, Tərzin Cahangirov, Yaşar Abuzərov, Nuran Qurbanov, Murad Hüseynov, Arif İsayev.
