31 yanvar 2012 14:44

Qəbələ futbolçuları üçün Beşiktaşlı mütəxəssis (FOTO)

Futbolçuların meydançadakı performansı birbaşa onların meydançadan kənardakı həyatı ilə bağlıdı. Azerisport.az xəbər verir ki, bu mənada ilkin olaraq futbolçunun fiziki hazırlığı, məşq prosesləri ön plana çıxır.
 
Amma peşəkar klubların və onlara aid olan futbolçuların gündəlik rejiminə diqqət yetirsək, düzgün qidalanmanın futbolçunun həyatında nə dərəcədə ciddi rol oynadığını görərik. Bu məsələnin ciddiyətini nəzərə alan “Qəbələ”nin son addımı da məhz futbolçuların duzgün qidalanmasına, daha sağlam, dözümlü və güclü olmasına hesablanıb. Belə ki, Marmara Universitetinin professoru, idmançıların düzgün qidalanması üzrə ixtisaslaşmış, ilk dəfə Türkiyədə bu sahəni futbolda tətbiq edən, daha öncə 7 il bu sahə üzrə “Beşiktaş” klubunda fəaliyyət göstərmiş Aysel Pehlivan “Qəbələ”nin Antalya düşərgəsinə dəvət olunub.
 
Aysel xanım iki günlük səfəri zamanı heyətdəki futbolçuların hər biri ilə təklikdə görüşüb, onların qidalanma və çəki ilə bağlı problemlərini dinləyib və bu barədə həm futbolçulara, həm də məşqçilərə lazımi məsləhətlər verib. Yekunda isə məşqçi və futbolçu heyətinin iştirakı ilə seminar təşkil olunub. Toplantıda oyundan öncəki və oyun günləri tətbiq olunması vacib sayılan yemək və içki rasionları barədə məlumat və tapşırıqlar verilib, futbolçuları maraqlandıran suallar cavablandırılıb. 
 
Seminardan sonra Aysel Pehlivan “Qəbələ”nin rəsmi saytına düzgün və sağlam qidalanma barədə maraqlı açıqlamalar verib:
 
- Düşərgənizdə maraqlı 2 gün keçirdim. Gəlişimin məqsədi futbolçuların qidalanmasını və çəkilərini nəzərdən keçirmək, onları narahat edən problemləri dinləmək və bunlarla bağlı çıxış yolu göstərmək idi. Bütün futbolçuların çəkilərini yoxladıq, artıq və əskik çəkisi olan olan futbolçulara məsləhətlərimizi verdik. Bundan əlavə “Qəbələ”dəki qidalanma rejimi və menyu ilə tanış oldum. Məşqçilərə menyuya hansı əlavələr edilə biləcəyi barədə fikirlərimi bildirdim. İlkin mərhələdə lazımı tapşırıqlar verildi. Qərara gəldik ki, bu prosesi müəyyən zaman aralığı ilə daim həyata keçirək. İki ay sonra yenidən bu prosesi təkrarlamağı və tapşırıqlarımızın futbolçulara necə təsir etdiyini yoxlamağı planlaşdırırıq. Bu gedişlə düzgün qidalanmanı futbolçuların həyatında vərdişə çevirməyi hədəfləyirik.
 
- Gündəlik rejimdə istifadə edilən, artıq çəkiyə və digər problemlərə səbəb olan qidalar hansılardı?
- Artıq çəkiyə səbəb olan və çox istifadə olunan 1 nömrəli qida şəkərdi. Gün ərzində normadan artıq qəbul olunan ağ şəkər dolayı yolla piylənməyə səbəb olur. Əgər idmançı çoxlu şirniyyat qəbul edirsə, bu onun çəkisində özünü mütləq əks etdirir. Yaxşı olardı kı, idmançılar bədənin tələb etdiyi şəkəri təbii qidalar – meyvələr və tərəvəzlər vasitəsilə qəbul etsinlər. Alkoqollu içkilər də artıq çəkiyə səbəb olur. Futbolçular düşünür ki, çörək yemək onlarda problem yarada bilər. Amma bu tamamilə yanlış məlumatdı. Çörək çox vacib qidadı. Amma idmançıların ağ çörəkdən deyil, qara – kəpəkli çörəkdən istifadə etməsi vacibdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.