31 yanvar 2012 15:58
Rikardinyo: Azərbaycanı məğlub etmək lazımdı
Fevralın 2-də futzal üzrə Azərbaycan millisi Xotvatiyada təşkil olunacaq növbəti Avropa çempionatında ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, Joze Alesio da Silvanın yetirmələrinin ilk rəqibi isə turnirin əsas favoritlərindən sayılan Portuqaliya yığması olacaq.
Portəgizlər aparıcı oyunçularından olan Rikardinyo AÇ-2012-nin startı ərəfəsində fikirlərini bölüşüb: “Ümid edirəm ki, bizdə hər şey yaxşı alınacaq. Biz ancaq Avropa çempionatının finalına çıxmağı düşünürük. Bunun üçün isə öncə Azərbaycan və Serbiyanı məğlub etmək lazımdı”.
