31 yanvar 2012 16:32
“Azərbaycan yığması təhlükəli rəqibdi”
Portuqaliyalı futzal mütəxəssiso Rui Gimaraeş qarşıdan gələn Avropa çempionatının Azərbaycanla oyunu öncəsi həmyerlilərinin şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, öncə Azərbaycan yığmasından danışarkən, bunları dilə gətirib:
“Azərbaycan güclü rəqibdi. Təkcə ona görə yox ki, orda futzal güclü inkişaf edib. Həm də ona görə ki, azərbaycanlıların heyətində milliləşdirilmiş braziliyalılar çıxış edirlər. FİFA və UEFA belə milliləşdirmənin əleyhinə deyil. Bu üzdən də onların komandasında o qədər legioner var. Rəqibimiz öz braziliyalıları ilə güclüdü. Buna görə də Azərbaycan təhlükəli rəqibdi”.

Onun sözlərinə görə, Portuqaliya yığması Azərbaycanı məğlub edəcək gücdədi: “Komanda olaraq Portuqaliya Azərbaycandan daha yaxşı təşkilatlanıb. Məhz bunun sayəsində ağıllı oyun sərgiləyib, qələbə qazanmaq olar. Mən həqiqətən də inanıram ki, Portuqaliya Avropa birinciliyi uğrunda mübarizə aparacaq səviyyədədi”.
Gimaraeş qrupumuzdakı digər rəqibdən – Serbiyadan da danışıb: “Düzünü deyim ki, mən Serbiyanın potensialı haqda o qədər də məlumatlı deyiləm. Amma adi komanda Avropa çempionatının final mərhələsinə çıxa bilməzdi. Fikrimcə, Portuqaliya hər rəqibə hörmətlə yanaşmalıdı. Rəqibi qiymətləndirməmək bizə baha başa gələ bilər. Hər şey mümkündü”.
Sözügedən mütəxəssis sonda proqnozunu da dilə gətirib: “Portuqaliya və Azəraycan yığmalarının növbəti mərhələyə adlaması daha inandırıcı görünür. Hər iki komandanın potensialı buna şübhə yeri qoymur. Amma bizim yığmanın həm də Avropa çempionu olmaq üçün yaxşı şansı var”.