31 yanvar 2012 18:11
Joze Mourinyonu rekordundan edən mütəxəssis qovuldu
Futbol üzrə İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Sporting” rəhbərliyi komandanın çalışdırıcısı Manolo Presyadonun fəaliyyətinə son verib.
20 turdan sonra topladığı 18 xalla La Liqanın 19-cu sırasında qərarlaşan “Sporting” son 5 matçının sadəcə birində qələbə qazana bildi. Uğursuz gedişə son qoymaq üçün rəhbərlik məhz baş məşqçini qovmağa qərar verib.
Qeyd edək ki, Presyado daha çox Madrid “Real”ını çalışdıran Joze Mourinyonun rekordunu qırmasıyla tanınır. Hansı ki, portuqaliyalı mütəxəssis müxtəlif komandalarla ev oyunlarında məğlubiyyət tanımırdı. Lakin ötən mövsüm “Santyaqo Bernabeu”da baş tutan “Real”la qarşılaşmada 1:0 hesabıyla qələbə qazanan Presyadolu “Sporting” Mourinyonun düz 9 illik rekorduna son qoymuşdu.
Xixon klubunun yeni baş məşqçisinin kim olacağı hələlik dəqiq bilinmir. Onu müvəqqəti olaraq köməkçi-məşqçilər əvəzləyəcək.
