31 yanvar 2012 18:48

Amit Quluzadə: Düşünmürəm ki, bu, böyük problemdi

Türkiyənin “Erciyesspor” klubunda çıxış edən futbol üzrə Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Amit Quluzadə azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Erciyesspor”un son oyunlarında siz daha çox ehtiyatda qalırsız. Bu, nə ilə bağlıdı?
- Heyəti baş məşçqi müəyyənləşdirir. Bilmirəm niyə belədi. Amma son dövrlər əsas heyətdən kənar qalırdım. Şəxsən mənim klubla heç bir problemim yoxdu. Həm baş məşqçi, həm də klub tərəfindən mənə qarşı yaxşı münasibət var. Onlar da istəyirlər ki, mən daha yaxşı oynayım. Bəzi oyunlarda ikinci hissədə meydana çıxmışam. Düşünmürəm ki, bu da böyük problemdi. Öz saatımı gözləyirəm. Baş məşqçi istəyən anda, meydana çıxmağa hazıram.
 
- Baş məşqçiylə söhbətiniz olub?
- O, məşq zamanı özü mənə yaxınlaşdı və bildirdi ki, böyük ümidlər bəsləyir. Sadəcə, mən dözümlü olmalıyam. Baş məşqçi oyunumdan razı olduğunu bildirdi. Hər futbolçu üçün əsas baş məşqçinin fikridi. Mənə elə gəlir ki, hansısa futbolçu bir neçə oyunda meydana çıxmırsa, o dəqiqə hər şeyin pis olduğunu düşünməməlidi. Bu, hələ heç nə demək deyil.
 
- Qış fasiləsindən sonra klubda nə kimi dəyişikliklər olub?
- Komandaya yeni futbolçular gəlib. “Erciyesspor” altı transfer edib. Onlardan biri də mən oynadığım mövqedə çıxış edir. Həmin futbolçu da “Kartalspor”dan gəlib. Komandanın oyununa gəlincə, təəssüf ki, son görüşlərimiz bir qədər uğursuz alınmaqdadı. Oyunumuzun niyə alınmadığını özümüz də bilmirik.
 
- Adətən, klublar fasilədən sonra yaxşı oynayırlar, amma sizin komandada əksinədi...
- Hər futbolçu məşqlərdə öz üzərində işləyir. Amma nədənsə oyunlarda alınmır. Bu günlərdə klub rəhbərliyi iclas keçirdi. Orda da bildirildi ki, layiqli oynamaq lazımdı. Rəhbərlik də pis oyuna görə hesabat tələb edir. Qarşıdakı turlarda ancaq qələbə gözləyirlər.
 
- “Neftçi”dəki keçmiş oyundaşlarınızla əlaqə saxlayırsız?
- Oyunçularla tez-tez telefonla danışıram. Həmçinin məşqçilərlə, rəhbərliklə də əlaqə saxlayıram. Çox şadam ki, mənə doğma olan klubdan belə diqqət görürəm. Onlar da istəyirlər ki, mən Azərbaycanı burda layiqincə təmsil edim. Qarşıda “Neftçi”ni də vacib oyunlar gözləyir. Ümidvaram ki, “flaqman” ümidləri doğruldacaq.
 
- “Neftçi” hazırda ölkə çempionatında liderdi. Sizcə, komanda mövsümün sonuna kimi liderliyini qoruya biləcək?
- Fikrimcə, “Neftçi” bu mövsüm də çempion olacaq. Komandan oyundan-oyuna daha da yaxşı təsir bağışlayır. “Neftçi”nin çox qol vurması da önəmli amillərdəndi. Axı bunsuz çempion olmaq mümkünsüzdü. Mənə elə gəlir ki, “Neftçi” belə oyunlar çempionatı yenə qızıl medallarla bitirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.