31 yanvar 2012 19:21
Türkiyə futbolunda şok istefalar
Türkiyə futbolu şok istefalarla sarsılıb. Azerisport.az xəbər verir ki, bu gün futbol federasiyasının rəhbərliyi istefa verdiyini açıqlayıb.
TFF-nin yaydığı açıqlamada bildirilir ki, prezident Mehmet Ali Aydınlar və vitse-prezidentlər – Göksel Gümüşdağla Lutfi Arıboğan polstunu tərk edib. Açıqlamada həmçinin qeyd edilir ki, 27 fevralda keçiriləcək yeni konfransa qədər quruma İcra Komitəsinin üzvü Hüsnü Güreli başçılıq edəcək.
