31 yanvar 2012 20:36
İnter bir gündə iki oyun keçirəcək
Xəbər verdiyimiz kimi, "İnter"in əvəzedici heyəti "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, hazırlıqlarını gündə bir dəfə məşq etməklə davam etdirən Tofiq Mustafayevin yetirmələri sabah iki yoxlama görüş keçirəcəklər.
Saat 12:00-da birinci dəstə təmsilçisi "Neftçala" klubuyla qarşılaşacaq “bankirlər” saat 16:30-da da "Qəbələ"nin əvəzediciləriylə üz-üzə gələcəklər. Xatırladaq ki, "İnter"in əvəzedici komandası fevralın 3-də təlim-məşq toplanışını başa çatdıracaq.
