31 yanvar 2012 11:46
Millimiz üçün 17:30 və The Sevens (FOTO)
Azərbaycan milli komandasının fevralın 24-də Sinqapur, fevralın 29-da isə Fələstin yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununun başlanma vaxtı və stadion müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “The Sevens” stadionunda keçiriləcək hər iki qarşılaşma saat 17:30-da başlayacaq. Qeyd edək ki, bu arenada daha çox reqbi oyunları keçirilir.
